Blog

Polşada Yaşamaq, Təhsil Almaq və İşləmək İmkanı

Polşada Yaşamağın Avantajları

2004-cü ilsə Avropa ittifaqına, 2007-ci ildə isə Schengen Bölgəsinə üzv olan Polşa, Avropanın yüksələn və inkişaf edən ölkələrindən biridir.Polşa, ilk olaraq digər Avropa ölkələri ilə müqayisədə olduqca ucuz olması ilə önə çıxmaqdadır.Kirayə haqqı, qida və nəqliyyat məsrəfləri ortalama gəlirə sahib hər şəxsin həyatını rahatca idarə etməsi üçün olduqca uyğundur.Bununla yanaşı Polşa Avropanın ən etibarlı ölkələri sırasındadır.Mərkəzi Avropada yerləşən Polşanın bir çox Avropa ölkəsinə yaxın məsafədə olması və Polşada yaşayış vizasının sahiblərinə bütün Schengen ölkələrinə vizasız səyahətlə təmin etdiyi üçün başqa ölkələri gəzməyi sevən insanlara böyük bir avantaj olmaqdadır.Polşanın bir digər yaxşı yönü isə polşalıların başqa ölkədən gələn qonaqlara qarşı çox yaxşı və isti münasibətidir.Bu yönü ilə Avropanın bir çox ölkəsindən seçilir.

Polşada Yaşam Xərcləri

Mənzil-Polşada mənzil kirayələri yaşadığınız şəhərə, mənzilin komfortuna, şəhərin mərkəzinə olan məsafəsinə görə dəyişir.Evlərin ortalama kirayəsi isə 200-500 € (400-1000 AZN) arası dəyişir.

Qida-Ölkədə qida məsrəfləri Avropanın yerdə qalan digər ölkələrinə nisbətən aşağı sayılır.Qida məsrəfləri Böyük Birtaniya,Fransa kimi ölkələrdən iki dəfə aşağı məbləğdədir.Bir nəfərin qida məsrəfi üçün ödəməli olduğu məsrəf ortalama aylıq 100 €-dur. (200 AZN)

Nəqliyyat-Polşa rahat və çevik nəqliyyatı ilə seçilsə də, qiymətlər olduqca ucuzdur.Nəqliyyat vasitələri avtobus, tramvay və taksidir.

Polşada İşləmək

Polşada iş qanunları Avropa İttifaqı qanunlarına əsaslanır.Ölkədə çalışmaq üçün öncəliklə iş vizası almaq lazımdır.Polşa yüksək iş imkanları ilə həm vətəndaşlarına həm də orda işləmək istəyən əcnəbilərə geniş iş imkanı yaradır.Müxtəlif peşələrlə yanaşı Azərbaycan Universitetlərinin diplomları Polşada tanındığı üçün burada öz ixtisasını istiqamətində də işləmək mümkündür.

Maaş-  Polşada işləmək istəyənlər üçün ən önəmli məlumatlardan biri də nə qədər maaş alacaqlarıdır.Polşada minimum əmək haqqı 2018-ci ildən etibarən 502€(1000 AZN) olmaqla yanaşı özəl sektorda ortalama ümumi məbləğ 996€-dur(2000 AZN)

Polşada Magistr Təhsili Almaq

Avropanın ən sürətli böyüyən iqtisadiyyat və ən gənc əhaliyə sahib olan ölkəsi Polşada magistr təhsili almaq hər ötən il daha da avantajlı hala gəlmişdir.Çox sayda universitetinin ingilis dilində təhsil verdiyi Polşada təhsil və yaşayış xərcləri olduqca münasibdir.Təhsil keyfiyyətinin çox yüksək səviyyədə olması bir çox müxtəlif ölkələrdən beynəlxalq tələbələri Polşada təhsil almağa yönləndirir.Polşanın rəsmi dilin Lehçe olmasına baxmayaraq ölkənin bir çox universitetində; Tibb, Mühəndislik, Menecment, Əczaçılıq kimi fakültələr ingilis dilində təhsil verməkdədir.Bununla da bu ölkədə təhsil almaq istəyən gənclərin ən böyük problemləri ola biləcək dil məsələsi həllini tapır.